"Şaban"ın xatirəsinə pul buraxıldı - FOTO
10 İyun 2020 11:47 Dünya20 il öncə təyyarədə infarkt keçirərək dünyasını dəyişən məşhur aktyor Kemal Sunalın xatirəsinə əskinas hazırlanıb.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, Fransanın "Oberthur Fiduciaire" mətbəəsində "0 euro" olaraq hazırlanan əskinasın üzərində aktyorun şəkilləri yer alıb. 5 min ədəd çap olunan pul dünyada satışa çıxarılıb.
Əskinas hazırda Türkiyənin müxtəlif saytlarında 70 Tl-yə (təxminən 17 manat) satılır.
Qeyd edək ki, Kamal Sunal filmlərdə yaratdığı "Şaban" obrazı ilə sevilib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31