Bu ölkədə fövqəladə vəziyyət rejimi uzadılacaq

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə koronavirusa görə tətbiq edilmiş fövqəladə vəziyyət rejimi uzadılacaq.

Ölkənin baş naziri, "Fövqəladə vəziyyət rejimi müddətinin uzadılması ehtimalı var və bu ehtimal kifayət qədər yüksəkdir. Düşünürəm ki, fövqəladə vəziyyət uzadılacaq" deyə qeyd edib.  

Son məlumatlara görə, ölkədə daha 350 nəfərdə koronavirus aşkarlanıb. Bununla da virusa yoluxanların sayı 13 675-ə yüksəlib.

Pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 217-yə çatıb. Hazırda Ermənistanda 8 943 aktiv koronavirus xəstəsi var.

Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-ə qədər qüvvədədir.

Daha əvvəl bildirilib ki, Paşinyan özü də koronavirus infeksiyasından sağalıb.

unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31