Avstriya Rusiyanın casusuna hökm oxudu
10 İyun 2020 11:46 DünyaZalsburq məhkəməsi Rusiyanın xeyrinə casusluqda ittiham edilən Avstriya ordusunun ehtiyatda olan polkovniki Martin M.-lə bağlı qərarını verib.
Olaylar.az xəbər verir ki, məhkəmə Martin M.-i üç il azadlıqdan məhrum edib. Bununla belə, məhkəmə onun 1,5 il təcridxanada olduğunu nəzərə alaraq, bu zamanın ümumi cəza müddətindən çıxarılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Martin M. bundan öncə Rusiya kəşfiyyatına məxfi informasiya verməkdə ittiham olunub. Onun casus avandanlıqları vasitəsilə informasiyalar əldə etdiyi və Rusiya tərəfindən bunun qarşılığında 220 min avro aldığı vurğulanıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31