Qarabağda daha 5 ermənidə koronavirus tapıldı

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qaarabağın ərazisində daha 5 ermənidə koronavirus infeksiyası təsdiqlənib.

Bu barədə məlumatı erməni mediası yayıb.

Yoluxanlardan biri Rusiya Federasiyasından qayıdıb, gəldikdən sonra təcrid olunub.

Müsbət koronavirus testi olan daha dörd nəfər yaxın ailə üzvlərindən yoluxub.

Mənfi testdən sonra 15 xəstə təcridxanadan buraxılıb. Hazırda 77 nəfər təcridxanadadır.

Qarabağda cəmi 41 xəstə sağalıb, bu günə qədər 1119 nümunə Ermənistana göndərilib.

KONKRET.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31