Seçki qərarı siyasi böhran yaratdı: Spiker İSTEFA VERDİ
9 İyun 2020 18:26 DünyaEfiopiya Federal Parlamentinin sədri Keriya İbrahim istefa verib.
O, bu addımı seçkilər təxirə salındığı üçün atıb.
Keriya İbrahim Baş nazir Abiy Əhmədin koronavirus epidemiyası səbəbiylə avqust ayında keçiriləcək seçkilərin təxirə salınması qərarına sərt reaksiya verib.
"Ölkədə bir diktaturanın quruluşunun şahidi olarkən bunun güclənməsinə kömək edənlərdən biri ola bilmərəm" ,- deyə, K.İbrahim bildirib.
Seçkilərin təxirə salınmasının konstitusiya pozuntusu olduğunu ifadə edən K. İbrahim bu qərarla efiopiyalıların suverenlik hüququnun pozulduğunu söyləyib. Qeyd edək ki, dünən Məclisə istefasını təqdim edən K. İbrahim Abiy Əhməd tərəfindən qurulan koalisiyada iştirak etməyən Tiqray Xalq Qurtuluş Cəbhəsinin (TPLF) üzvüdür.
Ölkənin Tigray vilayətini idarə edən TPLF bölgədəki seçkilərin federal hökumətin qərarına qarşı çıxaraq avqust ayında ediləcəyini açıqlayıb. Efiopiya konstitusiyasında seçkilərin təxirə salınması ilə bağlı dəqiq bir qərar olmadığından, məsələ ötən ay deputatlar tərəfindən yuxarı komissiyaya verilib.
Qeyd edək ki, ölkə parlamentinin iki palatası var. Federal Məclisdə 112, Xalq Nümayəndələr Palatasında 547 yer mövcuddur.
Cebhe.info