Xəstə uşağı üçün yığdığı pulu sinə əməliyyatı və avtomobilə XƏRCLƏDİ

İngiltərədə xeyriyyə təşkilatının köməyi ilə xəstə oğlunun müalicəsi üçün 10 min funt sterlinq (21 500 manatdan çox) yığan 29 yaşlı Natali Vebster həmin pulları özünə xərcləyib.

Bu barədə "The Sun" yazır.

Belə ki, qonşular qadının uşağa yalnız 4,5 min funt sterlinq (9 680 manat) xərclədiyindən şübhələnib.

Məlum olub ki, pulun qalan hissəsinə o, sinə əməliyyati etdirib və özünə avtomobil alıb.

Derbişir qraflığının Soli kəndində qalan Ntalinin qonşuları onun evinin qarşısında toplaşaraq etiraz ediblər.

Gənc ana dələduzluq ittihamı ilə həbs olunub.

big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31