Beş xəstəxananın geri qaytardığı koronavirus xəstəsi dünyasını dəyişdi...
9 İyun 2020 18:27 DünyaHindistanda koronavirus pandemiyasına tutulan xəstəni beş xəstəxana geri qaytarıb.
Olaylar.az xəbər verir ki, çarəsiz adam bundan sonra 800 kilometr uzaqda olan bir xəstəxanaya aparılaraq ora yerləşdirilib. Lakin bir neçə saat sonra o, dünyasını dəyişib. Hazırda rəsmi qurumlar həmin adamla qatarda gedən sərnişinləri axtarır. Temperaturu olan adamların qatarlara minməsinə icazə verilməyən Dehli şəhərində onun hansı yolla qatara minməsi araşdırılır.
Dünyasını dəyişən adamın 18 yaşlı oğlu isə anasının bu xəbərdən şok keçirdiyini bildirib. Şəhərdə bir çox xəstəxanaların koronavirus xəstələrini qəbul etməməyiylə bağlı vətəndaşlar şikayət ediblər.
Moderator.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31