Ermənistanın İrandakı səfirliyinin qarşısında ETİRAZ AKSİYASI
9 İyun 2020 18:25 DünyaErmənistanın İsraildə səfirlik açması İranda etirazlara səbəb olub.
APA-nın Tehran bürosunun məlumatına görə, buna etiraz edən bir qrup tələbə Tehranda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları Ermənistan hökumətinin İsraildə səfirlik açmasını pisləyiblər. Etirazçılar Ermənistan hökumətindən bu qərarına yenidən baxmasını tələb ediblər.
Aksiyanın sonunda bəyanat qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31