İranda Cümə namazlarının qılınmasına icazə verilib
9 İyun 2020 18:23 Dünyaİranın Tehran şəhərində və digər əyalətlərində maskadan istifadə etmək şərti ilə cümə namazlarının qılınmasına icazə verilib. Bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata əsasən, iyunun 12-dən etibarən Tehranda və digər Tehran əyalətlərində Cümə namazının qılınmasına icazə verildiyi açıqlanıb. Tehranda "qırmızı zona" adlandırılan yüksək riskli bir bölgənin olmadığı bildirilib:
"Cümə namazı, sosial məsafə və qaydalara riayət olunmaqla Tehranın bütün əyalətlərində qılınacaq. Cümə namazına qatılanlar maska, şəxsi namaz vasitələri və möhürlərindən istifadə edəcəklər" - deyə, məlumatda vurğulanıb.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31