Belçikada koronavirusa yoluxanların sayı 60 minə yaxınlaşır

Belçikada son sutka ərzində aşkar olunan koronavirusa yoluxma hallarının sayı 89olub, mart ayının ortalarından etibarən ümumilikdə 59 437 nəfər virusa yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Böhran Qərargahından məlumat verilib.

Bildirilib ki, son sutkada koronavirus diaqnozlu və ya virusa yoluxmaqda şübhəli bilinən 13 nəfər ölüb. Ümumi ölüm sayı 9 619-a çatıb.

Qeyd edək ki, Belçikada mayın 4-dən etibarən təcrid tədbirlərinin mərhələli şəkildə ləğv edilməsi davam edir.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31