İran Səhiyyə Nazirliyinin sözçüsü qovuldu - YENİ TƏYİNAT

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur vəzifəsindən azad edilib.

Çini dünyaya yanlış bilgi verməkdə ittiham və tənqid edən mətbuat katibinin yerinə Sima Sədat Lari gətirilib.

Səhiyyə naziri Səid Nəməki təyinat məktubunda yeni sözçüsünə xəbərdarlıq edib: "Mətbuat katibi tərəfindən dilə gətirilən hər mövzu nazirliyin rəsmi mövqeyi kimi qəbul edildiyindən mediada və sosial şəbəkələrdə hər hansı açıqlama verilmədən əvvəl mənimlə lazımi redaktələr edilməlidir".

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31