İtaliyada şok əməliyyat: 59 mafioz həbs olundu
9 İyun 2020 14:36 Dünyaİtaliya polisi mafioz fəaliyyətdə ittiham olunan 59 nəfəri həbs edib.
Əməliyyat nəticəsində Neapol cinayət təşkilatı "Kamorra"nın üç klanına zərbə vurulub.
Əməliyyatın, həmçinin, sahibkarlıq və siyasət sferasında mafiyanın iştirak şəbəkəsini ifşa etdiyi bildirilib.
Polisin mafiozlarla bərabər keçmiş Baş nazir Silvio Berluskoninin İrəli İtaliya Partiyasından olan senator Luici Çezaronun üç qardaşını da həbs etdiyi açıqlanıb.
Qardaşlardan biri Neapoldakı xəstəxananın sahibidir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31