Türkiyədə kütləvi həbslər - 145 nəfər tutuldu

Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Bu məqsədlə başda İzmir olmaqla 22 şəhəri əhatə edən növbəti irimiqyaslı əməliyyat keçirilib.

Əvvəlcədən müəyyənləşdirilmiş 199 nəfərin saxlanılması məqsədilə reallaşdırılan antiterror əməliyyatı nəticəsində şübhəli şəxslərdən 145-i saxlanılıb.

Onların hamısı Türkiyə Silahlı Qüvvələrinin əməkdaşıdır.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31