Koçaryanın məhkəməsi yenidən təxirə salındı

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın işi üzrə iyunun 9-na təyin edilmiş məhkəmə iclası növbəti dəfə təxirə salınıb.

Bu barədə Koçaryanın vəkilləri məlumat yayıb. 

Qeyd edilib ki, iclas koronavirusa görə təxirə salınıb. 

Koçaryan 1 mart 2008-ci il iğtişaşlarında, konstitusiya quruluşunu devirməkdə ittiham olunur. O, 2018-ci ildə iki dəfə, 25 iyun 2019-cu ildə isə üçüncü dəfə həbs edilib. 

Hazırda tibb mərkəzində müalicə alır. Məhkəmə pandemiya bitənə qədər Koçaryanın xəstəxanada qalması ilə bağlı vəkillərin vəsatətini təmin edib. 

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31