Rusiyada daha 171 nəfər pandemiyanın qurbanı olub

Rusiyada son bir gündə daha 8 595 nəfərə COVID-19 diaqnozu qoyulub.Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 485 253 nəfərə çatıb.Ölkədə virusdan ölənlərin sayı isə daha 171 nəfər artaraq 6 142-yə yüksəlib.Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 242 397 nəfər sağalıb.Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 1 572 nəfər.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31