Zeleniskidən şok: "Koronavirusa yoluxmaq istədim"

Ukrayna xalqının COVİD-19-un ciddiliyini anlaması üçün virusa yoluxmaq istədim.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski ölkə mətbuatına açıqlamasında deyib.

"Bununla bağlı ailəmə söylədim. Ancaq icazə vermədilər. Bunu istəməyimin yeganə səbəbi xalqıma pandemiyaya ciddi yanaşmağın vacibliyini izah etmək idi. Xalqımın yaxşı olması üçün bu mərhələdən keçmək istədim. Ancaq ətrafım bu təklifə müsbət yanaşmadı. Ailəm də məni bağışlamazdı. Dəli olduğumu fikirləşərdilər və bunda da haqlıdırlar", - Ukrayna prezidenti bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31