Türkiyə müxalifəti Aya-Sofiyanı məscid kimi istifadə etməyə çağırıb
9 İyun 2020 11:40 DünyaTürkiyənin Millətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli İstanbuldakı Aya-Sofiya məbədini məscid kimi istifadə etməyi təklif edib.
O bildirib ki, hazırda muzey kimi istifadə olunan Aya-Sofiya müsəlman mədəniyyətinin bir hissəsidir və ona görə də ilkin məqsədinə uyğun istifadə olunmalıdır.
Xatırladaq ki, ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya-Sofiyanın məscid-muzey kimi istifadə oluna biləcəyini demişdi.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31