Ad günü keçirdi, bütün məhəllə karantinə aldı

Övladına doğum günü keçirən qadına görə bütün məhəllə sakinləri əziyyət çəkib.

Türkiyənin Eskişehir şəhərində yaşayan B.Y adlı qadın koronavirus testi verdikdən sonra cavabların çıxmağını gözləmədən evində övladına ad günü keçirib.

Onun testinin müsbət çıxması nəticəsində ad günündə iştirak edənlər və onların yaşadığı məhəllə karantinə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən Türkiyə koronavirusa yoluxanların sayına görə siyahıda 11-ci yerdədir. Burada 4692 nəfər Covid-19 virusu səbəbi ilə dünyasını dəyişib.

Unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31