İstanbulun Adalar Bələdiyyəsinin binasına silahlı hücum olub

İyunun 8-də İstanbulun Adalar Bələdiyyəsinin binasına silahlı hücum olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Adalar Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilib ki, İstanbulun Böyükada bölgəsində yerləşən binaya hücum edən 1950-ci il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən nəzarətə alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Saxlanılan şəxs evinə verilən su kəsildiyi üçün hadisəni törətdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31