“Rusiyanın beynəlxalq aviareysləri açacağı tarix məlum deyil” - Kreml

Rusiyada beynəlxalq aviareyslərin bərpa olunacağı dəqiq tarix hələ ki, məlum deyil.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

"Hələ ki, dəqiq tarixlər yoxdur",- deyə o, bildirib. Bununla belə Peskov aviareyslərin bərpa mövzusunun gündəmdə olduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Baş Naziri Mixail Mişustin vətəndaşları tətillərini Rusiyada planlaşdırmağa çağırıb. Onun sözlərinə görə, bir çox ölkədə məhdudiyyətlərin qaldırılmasına baxmayaraq, səyahət zamanı turistlərdə koronavirus aşkarlanmayacağına dair heç bir zəmanət yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31