Kadırov bəylərə evlənmək üçün pul verdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov pandemiya səbəbiylə maddi sıxıntı yaşayan 200-dən çox bəyə gəlinlərinin alınması üçün vəsait ayırdı.

Bu barədə respublika Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Respublikada evlənmək istəyən, lakin bunun üçün maddi imkanları olmayanların siyahısı tərtib edildikdən sonra Çeçenistan lideri ödənişlər haqqında qərar qəbul etdi.

Kadırova evlənənlərin siyahısı göstərilib və o, hər bir ailəyə Əhməd-Hacı regional fondundan fidyə üçün 50 min rubl ayırıb.

Kadırov 23 martda koronavirus səbəbiylə Çeçenistanda toy və ziyafət qadağası tətbiq edib, lakin ötən ay mayın 25-də ruhanilər müsəlman ənənələrinə uyğun olaraq nikah qadağasını ləğv ediblər.

konkret.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31