Daha bir qaradərili şəxs polis tərəfindən öldürüldü - VİDEO

Bildiyiniz kimi, ABŞ-da qaradərili Corc Floyd polis tərəfindən öldürülmüşdü.

Oxşar hadisə bu dəfə ölkənin Virciniya ştatında yaşanıb. Belə ki, Tayler Timberleyk adlı polis əməkdaşı küçədə gəzən və gərgin vəziyyətdə olduğu hiss olunan qaradərili şəxsi sakitləşdirməyə cəhd edib.

O, bir anda qaradərili şəxsə elektrik silahı ilə atəş açıb və daha sonra ayağı ilə onun belinə təzyiq edib. Digər polis əməkdaşaları da qaradərili şəxsin üzərinə çıxıblar.

8 ildir polis olan Taylerin 3 illik həbs cəzasına məhkum ediləcəyi gözlənilir.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31