İntihar etmiş erməni əsgərin anası oğlunun öldürüldüyünə inanır

2017-ci ilin iyununda Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin yaxınlığında baş vermiş müddətli erməni hərbi qulluqçu, kiçik çavuş Vardan Melkonyanın intihar işi üzrə açılmış cinayət işi artıq məhkəmədədir. Melkonyanın anası Karine Munukyandan bəzi detalları dəqiqləşdirib.

Jurnalislər Manukyandan soruşub ki, niyə onun qızı orduda olan oğluna "İntihardan 50 gün əvvəl" kitabını göndərib. Manukyan isə suala sualla cavab verib: "Kitabı niyə çap edirlər? Oxumaq üçün. Uşaq oxuyub, xoşuna gəlib, sual verib ki, oxumaq istəyirsən, göndərim. O da 100 faiz oxumayıb".

Manukyanın sözlərinə görə, onun oğlu intihar etməyib, onu öldürüblər.

Məlumata görə, intihar etmiş erməni hərbi qulluqçunun telefonunda ədəbsiz selfilər tapılıb.

Ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31