Qırğızıstanda koronavirusa yoluxanların sayı 2 032 nəfərə çatıb
8 İyun 2020 15:47 DünyaQırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 25 nəfər yoluxub.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.
Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 2 032 nəfərə çatıb.
Nazir müavini qeyd edib ki, koronavirusa yoluxanlardan 1 445 nəfəri sağalıb, 22 nəfəri isə vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31