Ermənistanın Baş Qərargah rəisi İSTEFA VERDİ - Karantində oğluna toy etdiyi üçün

Ermənistan Baş Qərargah rəisi Artak Davtyan istefa ərizəsi yayıb.

Bu məlumatı "Sputnik Ermənistan" öz mənbələrinə istinadən yayıb. Onun istefasına səbəb 7 iyunda oğlu üçün təşkil etdiyi toy mərasiminin KİV-də yer alması olub.

Qeyd edək ki, bundan öncə Davtyanın öz villasında oğlu üçün toy mərasimi təşkil etdiyi və mərasimin sonradan Ermənistan Baş nazirinin əmriylə dayandırıldığına dair məlumat yayılmışdı.

Davtyan 2018-ci ilin mayından Baş Qərargah rəisi vəzifəsini icra edir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31