Koronavirusa yoluxmuş Paşinyan öz səhhəti barədə danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusdan sağalıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə baş nazir öz "Facebook" səhifəsində yazıb.

O, ötən gün və bu gün keçirilən testlərin mənfi nəticə verdiyini deyib. Bundan başqa, N.Paşinyanın ailə üzvlərinin də sağaldığı bildirilib.

Xatırladaq ki, Nikol Paşinyan iyunun 1-də özünün və ailə üzvlərinin koronavirusa yoluxduğunu açıqlamışdı.

Xəstəliyi simptomsuz keçirən N.Paşinyan öz iqamətgahında təcrid olunmuşdu.

Nikol Paşinyan: "Cəhənnəmə doğru addımlayırıq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31