Məşhur boksçu prezidentliyə namizədliyini verəcək
8 İyun 2020 15:23 DünyaBoks üzrə dünya çempionu Menni Pakyao Filippində 2022-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu boksçunun promouteri Bob Arum deyib.
Onun sözlərinə görə, M.Pakyao bu barədə ona telefonla bildirib. Boksçu prezident seçiləcəyi təqdirdə B.Arumu andiçmə mərasiminə dəvət edib.
Qeyd edək ki, M.Pakyao 8 çəki dərəcəsində çempion olan yeganə boksçudur. O, 2010-cu ildən Filippin Konqresinin deputatıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31