Rusiyada işçinin xətası üzündən FHN-in yetkilisi öldü – ANBAAN VİDEO

Tabeliyində olan şəxs su şlanqını tuta bilməyib, nəticədə, yanğınsöndürmə idarəsinin rəis müavini ölüb. Hadisə Rusiyanın Kemerovo vilayətində qeydə alınıb.

Baş verənlər mərhumun dəbilqəsinə bərkidilmiş kamera ilə anbaan qeydə alınıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, FHN-in vəzifəli əməkdaşının həyatını xilas etmək mümkün olmayıb.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31