Braziliyada prezidentə qarşı aksiyalar başladı
8 İyun 2020 15:17 DünyaBraziliyada Prezident Jair Bolsonaruya qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib.
Bu məlumatı "Frans Press" agentliyi yayıb. Məlumata görə, Bolsonaruya qarşı sərt şüarlar səsləndirən etirazçılar hökumətin terrorizmdən istifadə etdiyini deyiblər.
Qeyd edək ki, Bolsonaru koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərin əsas əleyhdarı sayılır.
Braziliyada koronavirusa yoluxanların sayı 685427-yə çatıb. Bu göstəriciyə görə ölkə dünyada ikinci yerə yüksəlib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31