Ermənistanda koronavirusa yoluxanların sayı 13 min nəfəri keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 13 325 nəfərə çatıb. Son sutka ərzində 195 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 11 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 211 nəfər koronavirusdan ölüb, 9 015 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31