Ekspert antiseptiklərin ziyanından danışdı - Ciddi şəkildə pozula bilər
8 İyun 2020 11:50 DünyaKoronavirus pandemiyası dövründə antiseptiklər infeksiyadan qorunmaq üçün zəruri vasitəyə çevrilib.
Rusiyanın keçmiş baş sanitar həkimi Qennadi Onişçenko antiseptiklərin ziyanından danışıb. Mütəxəssisin fikrincə, antiseptikin uzun müddət istifadəsi nəticəsində əllərimizdəki normoflora ciddi şəkildə pozula bilər:
"Antiseptiklərdən istifadə edərkən nəinki pis viruslar öldürülür, həm də əllərin mikroflorasını pozan faydalı bakteriyalar da məhv olur. Həmçinin tez-tez istifadəsi səbəbindən əllərin dərisi quruyur və ya allergiya yarana bilər".
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31