Yeni Zelandiyada koronavirus xəstəsi qalmadı
8 İyun 2020 11:54 DünyaYeni Zelandiya sərhədlərin bağlanması istisna olmaqla, koronavirusla bağlı tətbiq edilən bütün məhdudiyyətləri ləğv edir. Bunu ölkənin Baş Naziri Casinda Ardern bildirib.
Onun sözlərinə görə, ictimai və özəl tədbirlər məhdudiyyətsiz keçirilə, pərakəndə ticarət və otel sektoru normal fəaliyyət göstərə, eləcə də bütün ictimai nəqliyyatın işi bərpa oluna bilər.
Yeni Zelandiyada son 17 gündə aktiv koronavirusa yoluxma halları qeydə alınmayıb. Ölkədə sonuncu xəstə də sağalıb.
Mütəxəssislər bildirirlər ki, 5 milyon əhalisi olan ölkədə sərt tədbirlər tətbiq edən Casinda Ardernin səyləri ilə yanaşı, təcrid olunma tədbirləri və bir sıra digər hallar xəstəliyə qalib gəlməyə imkan verib.
Ümumilikdə Yeni Zelandiyada koronavirusa 1500-dən çox yoluxma, 22 ölüm halı qeydə alınıb.
Azvision.az