Meksikada 10 narkoman güllələndi

Meksikada naməlum şəxslər narkotik reabilitasiya mərkəzinə atəş açıb, on nəfər ölüb.

Meksikada naməlum şəxslər narkotik reabilitasiya mərkəzinə atəş açıb, on nəfər ölüb.

Bu haqda məlumatı Sinxua agentliyi yayıb.

Hadisə Guanajuato ştatının İrapuato şəhərində baş verib.

Qeyd edildiyi kimi, bir qrup silahlı şəxs şəhərin narkodispanserinə girib içəridəki insanlara atəş açıblar, sonra bir avtomobildə qaçıblar.

Doqquz nəfər yerindəcə ölüb, bir nəfər xəstəxanada aldığı xəsarətlərdən vəfat edib.

konkret.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31