Çikaqoda komendant saatı ləğv edildi
8 İyun 2020 11:13 DünyaABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) meri Lori Laytfut kütləvi etiraz aksiyaları səbəbilə tətbiq edilən komendant saatını ləğv edib.
Laytfut qərarın dərhal qüvvəyə mindiyini açıqlayıb.
"Mən şəhərimiz və bütün ölkəmiz üçün nə qədər çətin olduğunu bilirəm. Bu çətin dövrün öhdəsindən gəlmək üçün əməkdaşlıq etməyə hazır olduqlarına görə sakinlərə minnətdaram".
Qeyd edək ki, ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31