İranda daha 2 364 nәfәr koronavirusa yoluxdu, 72 nәfәr öldü
7 İyun 2020 18:03 Dünyaİranda ötәn sutka әrzindә daha 2 364 nәfәr koronavirusa (COVID19) yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.
Trend bildirir ki, K.Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusa yoluxanların sayı 171 789 nәfәrә yüksәlib. Onlardan 2 596 nәfәrin vәziyyәti ağırdır.
Cahanpur әlavә edib ki, ötәn 24 saat әrzindә daha 72 nәfәr koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 8 291 nәfәrә çatıb.
Nazirlik rәsmisi indiyәdәk 134 349 nәfәrin koronavirusdan sağaldığını deyib. İranda indiyәdәk 1,08 milyondan çox diaqnoz testi hәyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31