Avstraliyada irqçilik əleyhinə aksiyalar başlayıb

Avstraliyanın bir neçə şəhərində irqçilik əleyhinə "Black Lives Matter" aksiyaları başlayıb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, aksiyalar ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə həsr olunub.

Etirazlar Brisben, Adelaida və Sidney şəhərlərində keçirilir. Sidneydə şəhər rəhbərliyi aksiya iştirakçılarına maskalar və dezinfeksiya vasitələri paylayıb.

Bir neçə gün əvvəl, məhkəmə qərarı ilə Sidneydə kütləvi aksiya keçirilməsi qadağan olunsa da, qərar sonradan ləğv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31