Baş Nazir öldürülən afroamerikalı üçün diz çökdü

Kanadanın Baş Naziri Castin Tryudo ABŞ-da polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun xatirəsini diz çökərək yad edib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu addımı Ottava şəhərində fəalların təşkil etdiyi aksiya zamanı atıb. Məlumata görə, Tryudo mitinq başlayandan bir saat sonra mühafizəçilərilə birgə etirazçılara qoşulub.

Xatırladaq ki, ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floyd polis tərəfindən boğularaq öldürülüb. Buna etiraz olaraq ölkənin müxtəlif yerlərində aksiyalar başlayıb. Hökumət bir çox ştatlarda komendant saatı elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31