Braziliya ÜST-ü tərk edə bilər
6 İyun 2020 14:10 DünyaBraziliya Prezidenti Jair Bolsonaru Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) həddindən artıq ideolojiləşdirmədə günahlandırıb və ölkəsinin bu təşkilatı tərk edəcəyini bildirib.
Bu barədə prezident rəsmi iqamətgahının qarşısında jurnalistlərlə grüşündə deyib.
"Xəbərdar edirəm: Birləşmiş Ştatlar ÜST-ü tərk etdi və biz də gələcəkdə bunun mümkünlüyünə baxacağıq. Ya ÜST gələcəkdə ideoloji niyyətlər olmadan işləyəcək, ya da biz də çıxacağıq. Bizə insanların kənardan səhiyyə sahəsində nəyi edəcəyimizlə bağlı göstərişlər verməsi lazım deyil", - deyə Bolsonaru qeyd edib.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31