ABŞ-da təyyarə qəzasında ailə həlak oldu - FOTO
6 İyun 2020 13:34 DünyaABŞ-ın Corciya ştatının şimalında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Florida ştatından İndiana ştatına uçan təyyarənin göyərtəsində pilot və bir ailənin 4 üzvü olub.
Məlumata əsasən, qəza nəticəsində sağ qalan olmayıb.
ABŞ-ın Mülki Aviasiya Federal İdarəsindən bildiriblər ki, təyyarə fırtınaya düşüb, amma qəzanın məhz bu səbəbdən baş verdiyini demək mümkün deyil.\
Digər təfərrüatlar barədə məlumat verilmir.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31