"Əl-Qaidə"nın Şimali Afrikadakı lideri öldürüldü

"İslam Məğribi ölkələrində Əl-Qaidə" terror qruplaşmasının lideri Malidə zərərsizləşdirilib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Fransanın müdafiə naziri Florans Parli yazıb.

F.Parli bildirib: "İyunun 3-də Fransa Silahlı Qüvvələri tərəfdaşların dəstəyi ilə Malinin şimalında keçirilən əməliyyat zamanı "İslam Məğribi ölkələrində Əl-Qaidə" qruplaşmasının əmiri Əbdülmalik Drukdeli və onun bir çox ortaqlarını zərərsizləşdiriblər".

Nazir qeyd edib ki, Ə.Drukdel "Əl-Qaidə"nin rəhbər komitəsinin üzvü olub və Şimali Afrikadakı qruplaşmalara başçılıq edib.

F.Parli vurğulayıb ki, Fransa tərəfdaşları ilə birlikdə Sahel bölgəsində terrorçularla mübarizəni davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31