10 günə Türkiyəyə 1000-dən çox xəstə gəldi
6 İyun 2020 13:33 DünyaQadağaların yumşaldılmasından sonra Türkiyəyə xarici ölkələrdən gələn xəstələrin sayı açıqlanıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O qeyd edib ki, son 10 gün ərzində xaricdən Türkiyəyə 1000-dən yuxarı xəstə müalicə məqsədilə gəlib.
Qeyd edək ki, Türkiyə mayın 20-dən 31 xarici ölkəylə səhiyyə turizmini elan etdiyini açıqlayıb. Türkiyədə müalicə olunmaq istəyən xarici vətəndaşlar üçün çarter reysləri təşkil olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31