Rusiyada son sutka ərzində 8855 nəfər koronavirusa yoluxub.
Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə virusa yoluxma sayı 458 min 689 nəfərə çatıb. Bu günədək 221 min 388 xəstə sağalıb, 5725 nəfər pandemiyanın qurbanı olub.
azvision.az