Çexiya rus diplomatları deportasiya etdi - Zəhər əməliyyatı
6 İyun 2020 12:19 DünyaÇexiya iki rus diplomatını ölkədən qovub.
Bu məlumatı ölkənin baş naziri Andrej Babis bildirib.
Rəsmi Praqa bəyan edib ki, Rusiya səfirliyinin iki əməkdaşı paytaxt bələdiyyəsinin sədri Z.Hriblə birlikdə iki bələdiyyə əməkdaşını zəhərləmək istəyib.
Diplomatların Çexiyadan Rusiyaya deportasiya edildiyini bildirən baş nazir əlavə fikirlər işlətməyib. Rəsmi Moskva isə bu ittihamları rədd edib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31