Rusiyada çimərliklər açılır
6 İyun 2020 12:19 DünyaRusiyanın Krasnodar diyarında bu gündən çimərliklər açılır.
Karantin rejimi qaydalarının yumşaldılması çərçivəsində bölgədə açıq havada kafelər, restoranlar, parklar və dənizkənarı məkanlar açılıb.
Diyarın qubernatoru Veniamin Kondratyev bildirib ki, karantin rejimi ilə bağlı şərtlər yumşalandan sonra sakinlərin əksəriyyəti gəzintiyə çıxıb:
"Bu bizim nəzərimizdən qaçmayan reallıqdır. Biz insanların bir yerdə çox toplaşmamasına çalışmalıyıq".
Soçi şəhər administrasiyasının kurortlar və turizm şöbəsinin müdiri Svetlana Batyaykinanın sözlərinə görə, iyunun 6-dan iyirmidən çox çimərlik açılacaq, digərlərinin isə növbəti həftə ərzində açılması planlaşdırılır.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31