Şimali Makedoniyada ittifaq dağılır

Şimali Makedoniyanın hakim Sosial Demokrat İttifaqı Partiyasının lideri Zoran Zayev albanların Demokratik İnteqrasiya İttifaqı Partiyasının lideri Əli Əhmədinin ölkənin yeni baş nazirinin etnik alban seçilməsiylə bağlı təklifini rədd edib.

Zayev bu barədə bəyanatını öz Feysbuk səhifəsində yerləşdirib.

"Bizim ölkədə hakimiyyətin formalaşdırılması üçün hər bir vətəndaş mandat ala bilər. Konstitusiyaya görə, parlamentə deputatlar milli vətəndaşların iradəsinə görə seçilirlər. Əgər seçkidə Sosial Demokrat İttifaqı qalib gəlsə, baş nazir vəzifəsinə mənim namizədliyim irəli sürüləcək və baş nazir mən olacağam. Əgər Demokratik İnteqrasiya İttifaqı koalisiyanın yaradılması üçün belə təklif irəli sürürsə, o zaman onlar gələcək hakimiyyətin bir hissəsi olmayacaqlar", - deyə o bildirib.

Qeyd eədk ki, bundan öncə Əhmədi Şimali Makedoniyaya ilk alban baş nazir seçməyin vaxtının çatdığını açıqlamışdı.

Şimali Makedoniyada albanlar əhalinin 25,5%-ni təşkil edir. 2016-cı ildə keçirilən parlament seçkisində albanlar Zayevlə ittifaqa girərək, ölkənin ikinci rəsmi dilinin alban dili olmasına nail olmuşdular.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31