Əxlaqsız videoya görə qızını güllələdi - Videodakı şəxs başqası ÇIXDI
6 İyun 2020 12:18 DünyaTürkiyədə qandonduran cinayət hadisəsi baş verib.
Harun Yıldız qızını internetdə yayılmış videosuna görə odlu silahla qətlə yetirib.
51 yaşlı ata 18 yaşlı qızını qətlə yetirəndən sonra videodakı şəxsin onun qızı Şeyma Yıldız olmadığı məlum olub.
Eyni zamanda, ata və qızının mobil telefonlarında Seyma Yıldıza aid əxlaqsız video tapılmayıb.
Qeyd edək ki, Harun Yıldız sevgilisi ilə əxlaqsız videosu yayılması iddiası ilə gənc qızını güllələyərək öldürüb.
Ekspertizanın nəticəsinə görə, onun bədənində səkkiz güllə yarası aşkar edilib.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31