Qazaxıstanda sərbəst mitinq keçirmək sərbəstləşdi

Qazaxıstan Baş Prokurorluğu vətəndaşları sabaha təyin edilmiş mitinqə getməməyə çağırıb.

Qazaxıstan Baş Prokurorluğu vətəndaşları sabaha təyin edilmiş mitinqə getməməyə çağırıb.

Bildirilir ki, ölkə hələ də karantindədir, buna görə, hər hansı kütləvi tədbir, o cümlədən mitinqlər qadağandır.

"Mitinqlər haqqında" yeni qanun sabah - iyunun 6-da qüvvəyə minəcək. Həmin sənədə əsasən, bundan sonra mitinqlərin keçirilməsi üçün icazə almaq tələb edilmir. Artıq təşkilatçıların planlaşdırılan tədbir barədə beş iş günü əvvəl icra hakimiyyəti orqanına xəbər verməsi kifayətdir. Əgər dövlət orqanı üç iş günü ərzində əsaslandırılmış cavab verməsə, mitinqi keçirməmək üçün əsas yoxdur.

rakus.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31