İngilislər sıxlığa görə işə velosipedlə gedir
5 İyun 2020 12:00 DünyaBöyük Britaniyanın Nəqliyyat naziri Qrant Şaps iyunun 15-dən etibarən ictimai nəqliyyatda maska taxmağın məcburi olacağını açıqlayıb.
Qaydaları pozan sərnişinlər ictimai nəqliyyatdan endiriləcək və cəzalandırılacaqlar.
Nəqliyyat naziri bu müddətdə ictimai nəqliyyatdan istifadənin azalmasına baxmayaraq, işə velosipedlə gedənlərin sayının iki dəfə artdığını söyləyib. Həmçinin Şaps velosiped istifadəsini artırmaq üçün insanlara velosiped təmirxanalarında istifadə edə biləcəkləri hədiyyə kuponlarının veriləcəyini və beləliklə, ictimai nəqliyyatdan daha az istifadəyə imkan yaranacağını bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31