Bu ölkədə geniş pedofil şəbəkəsi ələ keçib
5 İyun 2020 12:00 DünyaAvstraliya polisi Yeni Cənubi Uels əyalətində ölkənin ən böyük pedofil şəbəkələrindən birinin üstünü açıb. Şəbəkənin 21 və 26 yaşlarında iki üzvü həbs olunub.
Bu barədə Britaniyanın "Daily Mail" tabloidinin Avstraliya bölməsi məlumat yayıb.
Hər ikisi yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarda, uşaq pornoqrafiyasının istehsalı və yayılmasında ittiham olunurlar.
Belə ki, 4-7 yaş arası səkkiz oğlan onların qurbanı olub. Uşaqlardan bəzilərinin cinayətkarlarla qohumuğu olub.
Tutulanlar cinayətlərin qeydlərini xüsusi yaradılan cəmiyyətlə paylaşıb.
Polisin verdiyi məlumata əsasən, nəticədə onlara qarşı 40 ittiham irəli sürülüb, 14 uşaq təhlükəli şəraitdən xilas olunub.
Bildirilir ki, bu, son illərdə aşkar olunan ən böyük cinsi istismar şəbəkəsidir.
İstintaq davam edir: polis videoda çəkilən digər uşaqların da kimliyini müəyyən etməyə çalışır.
Xatırladaq ki, yanvarın sonlarında Avstraliyada ölkə tarixindəki ən dəhşətli pedofil saxlanılmışdı. 53 yaşlı Boris Kusnevitski azı 47 oğlanı zorlamaqda təqsirkar bilinib. O, həmçinin, azyaşlıların iştirakıyla pornoqrafik videolar hazırlayaraq yaymaqla məşğul olub.
big.az