Türkiyədə üç deputat həbs edildi
5 İyun 2020 09:32 DünyaTürkiyə Böyük Millət Məclis Məclisinin səlahiyyətlərinə xitam verilən deputatları barədə məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.
Xalqların Demokratik Partiyasını (HDP) parlamentdə təmsil etmiş Leyla Güvən və partiyadaşı Musa Farisoğulları məhkəmənin qərarı ilə həbs olunublar. Onlar həbsxanaya göndəriliblər.
Eyni zamanda daha bir deputat, CHP üzvü Enis Berberoğlu da İstanbulda saxlanılıb.
Qeyd edək ki, daha əvvəl deputatlar barədə cinayət işi qaldırılıb. Bu səbəbdən onların səlahiyyətinə xitam verilib.
Teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31